Bakıda üçmərtəbəli yaşayış binasında yanğın olub


16:30     16 İyun 2019 fhn.jpg

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 416