Bu ölkələr işıqsız qaldı


17:19     16 İyun 2019 19_06_16_1560691229.jpg

Latın Amerikası ölkələrindən Argentina, Uruqvay, Paraqvay və Braziliyada elektirik enerjisinin verilməsində problem yaranıb.
Femida.az–ın məlumatına görə, Latın Amerikası KİV-lərinin yaydığı xəbərə görə, problem yerli saatla 07:00-da qeydə alınıb.

Elektrik enerjisi distribütoru "Edesur" şirkəti "Twitter" səhifəsində yaydığı məlumatda bildirir ki, problemə səbəb enerji təchizatı sistemində yaranan irimiqyaslı nasazlıqdır. Bu səbəbdən Argentina Uruqvayda bütün ölkə elektirik enerjisiz qalıb.

Şirkətdən verilən növbəti açıqlamada isə deyilir ki, artıq Argentinanın paytaxtı Buenos Ayresdə elektirik enerjisinin verilişi bərpa olunub. Bütün ölkə boyu bərpa olunma prosesi isə bir neçə saat davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 376