Sumqayıtda ər arvadını bıçaqlayıb


18:22     16 İyun 2019 bicaq.jpg

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 9-cu mikrorayonunda ər-arvad arasında düşən mübahisə qanla nəticələnib.

Qısqanclıq zəminində Sumqayıt sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı əri tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılan 44 yaşlı qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 543