Pompeo İranı ittiham edib

Pompeo İranı ittiham edib


20:59     16 İyun 2019 19_06_16_1560701922.jpg

ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtonun Oman körfəzində iki tankerlə bağlı olayda İranın iştirakına şübhə etmədiyini bildirib.

Femida.az -ın məlumatına görə, M. Pompeo "Fox News" telekanalında çıxışında deyib ki, ABŞ bununla bağlı sübutları nümayiş etdirmək niyyətindədir.

Dövlət katibi qeyd edib ki, kəşfiyyatın əlində daha böyük həcmdə məlumat və sübutlar var, dünya onların böyük əksəriyyətini görəcək: "İran aydın başa düşməlidir ki, biz onun özünü belə aparmasına icazə verməmək üçün addımlar atmağa davam edəcəyik. Əminəm ki, ABŞ digər dövlətlərin də bu istiqamətdə fəaliyyət göstərməsinə nail olacaq. Prezident Donald Tramp birmənalı bəyan edib ki, İran nüvə silahına malik olmayacaq. Bizim İrana münasibətdə kampaniyamızın məqsədi də budur. Vaşinqton həm də regionda naviqasiya azadlığını təmin etmək niyyətindədir ".

Xatırladaq ki, iyunun 13-də səhər Oman körfəzində Yaponiyaya neft və metanol daşıyan iki tanker hücuma məruz qalıb. Tankerlərin heyətini evakuasiya etmək mümkün olub.

Açar sözlər:

Oxunub: 146