Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var


21:33     16 İyun 2019 19_06_16_1560705219.jpg

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedez” (sprinter) markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə hüquq-mühahizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 383