Həbsxanada qiyam:5 nəfərin başı kəsildi


09:05     17 İyun 2019

Paraqvayın San-Pedro həbsxanasında Braziliyanın "Birinci paytaxt komandası" cinayətkar qruplaşmanın üzvləri qiyam qaldırıb.

Femida.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub. Onlardan 5 nəfərinin qiyamçılar tərəfindən başı kəsildiyi bildirilir.

Qiyamçılar əvvəlcə həbsxanada yanğın törədiblər. Ölənlərdən 4 nəfəri məhz yanğın xəsarətilə dünyasını dəyişib. İnsident nəticəsində ən azı 10 nəfərin yaralandığı deyilir.


“ABC Color” nəşrinin yazdığına görə, həmin gün "Birinci paytaxt komandası" ilə "Rotel" cinayətkar klanının üzvləri arasında baş vermiş davada ikincilərdən 9 nəfər öldürülüb.

Paraqvay Prokurorluğunun rəsmi açıqlamasında isə ümumilikdə 10 nəfərin öldüyü təsdiqlənib.

Açar sözlər:

Oxunub: 342