Səudiyyə şahzadəsi həbs olundu


01:21     04 Noyabr 2015 seud.jpg

Səudiyyə Ərəbistanının şahzadəsi həbs olunub.


Musavat.com xəbər verir ki, bu barədə məlumat Livanın rəsmi xəbər agentliyində yer alıb.

Məlumatda bildirilir ki, Livan prokurorluğu 10 nəfəri narkotik alverində günahlandırıb. Onlardan 5-i saxlanılaraq həbs olunub.

Əməliyyat hava limanında keçirilib. Əməliyyatda əl-Riyada gedən təyyarədə 40 çamadanın içərisindən 2 ton sintetik narkotik dərmanlar ələ keçirilib.

Əməliyyat sırasında saxlanılanlardan biri də Səudiyyə şahzadəsi olub.

Livan məhkəməsi Əbdülmühsin bin Velid Bin Əbdüləziz əl Suudi məhz narkotik alverçiliyinə görə həbs edib.

Açar sözlər:

Oxunub: 1095