“Azərbaycanda aprel müharibəsi ərəfəsindəki vəziyyətdir”


11:27     17 İyun 2019 19_06_17_1560756115.jpg

Qarabağda təmas xətti boyu vəziyyət gərginləşməkdədir və bu prosesi başladan Ermənistan silahlı qüvvələridir. Erməni tərəfinin təcavüzkar əməllərinə hələlik Azərbaycan tərəfi “mülayim” cavablar verməkdədir və belə görünür ki, rəsmi Bakı uzun müddətdən bəri ilk dəfə ABŞ-da baş tutacaq danışıqlar ərəfəsində mümkün qədər təmkinli davranmağa, bu danışıqlara şans yaratmağa çalışır.


Xəbər verildiyi kimi Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın günlərdə Vaşinqtonda görüşəcəklər. Daha sonra isə iki ölkə rəhbərlərinin Vaşinqtonda görüşü gözlənilir. Bu, uzun illərdən bəri Vaşinqtonun danışıqlar prosesində ilk birbaşa təşəbbüsü hesab edilə bilər, hərçənd analitiklər Rusiyanın prosesə güclü təsir imkanlarının qaldığı , Vaşinqtonla Moskva arasında sərt geosiyasi qarşıdurma yaşandığı bir vaxtda bu təşəbbüsün hansısa dönüşə səbəb olacağına inanmırlar.

Ermənistanda isə hesab edirlər ki, Azərbaycan danışıqlara inanmır və münaqişənin həllinin ancaq hərbi yolla mümkün olduğunu hesab edir. Və bu varianta hazırlıq görür.

Virtualaz.org xəbər verir ki, belə qənaətlə erməni hərbi ekspert Ayk Nahapetyan Yerevanda jurnalsistlərlə söhbətində çıxış edib. Nahapetyan bu fakta diqqət yetirib ki, Azərbaycan bu il planlaşdırıldığı kimi 7 deyil, 13 hərbi təlim keçirəcək. Üstəlik Azərbaycanın NATO və Türkiyə ilə hərbi sahədə təmasları intensivləşib, təmas xəttində atışmalar güclənib.

Nahapetyanın fikrincə eynilə bu cür situasiya 2016-cı ilin qış aylarında da yaranmışdı, sonra isə apreldə müharibə başladı. Hərçənd erməni ekspert Azərbaycanın hərbi əməliyyatlara başlayacağına tam əmin olmadığını da qeyd edib.

Eyni zamanda o əlavə edib ki, Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağdakı rejim arasında münasibətlərin gərgin olması Azərbaycanın əlinə oynayır. Çünki belə qarşıdurma Ermənistandakı birliyə zərər vurur, erməni xalqı isə “ancaq bir olanda qalib gələ bilir”.

Açar sözlər:

Oxunub: 789