Sumqayıtda aptekdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən yaxalanıb - VİEO


12:58     17 İyun 2019 19_06_17_1560762132.jpg

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birindən gecə saat 04:21 radələrində Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.

Cəmi 1 dəqiqə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.
Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb. Polis Bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.


Açar sözlər:

Oxunub: 432