İŞİD-ə qarşı əməliyyat, 3 nəfər həbs edildi
01:39 04 Noyabr 2015
İspaniya polisi tərəfindən 3 nəfər İŞİD-çi həbs olunub. Onlar bu ölkədə böyük terror planın həyata keçirilməsində şübhəli bilinirlər.
AzVision.az Qərb mətbuatına istinadən bildirir ki, bu saatlarda İspaniyada İŞİD üzvlərinə qarşı əməliyyatlar keçirilir.
Polisin keçirdiyi əməliyyat zamanı Mərakeşdən olan 26-29 yaşlarında 3 nəfər həbs olunub.
Polisin açıqlamasında deyilir ki, onların İspaniyada terror aktları reallaşdırmaq planları olub. Məsələyə İspaniyanın daxili işlər naziri Jorge Fernandez Diazdan da reaksiya gəlib. O, bu faktı pisləyərək qeyd edib ki, Suriya və İradan olan mühacirlər arasında İspaniyaya İŞİD üzvləri də keçib.
Qeyd edək ki, İspaniya daxili işlər orqanlarının rəsmi açıqlamasına görə, 2011-ci ildən indiyədək ölkədə 171 cihadçı həbs olunub.
Oxunub: 1127
Oxşar xəbərlər
- İŞİD-ə qoşulmuş azərbaycanlıya hökm oxunub - 14 İL
- İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb
- İŞİD-ə qarşı yeni əməliyyat başlayır
- İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar - FOTOLAR
- İŞİD-ə qoşulan azərbaycanlılar öldürüldü - Türkiyədə
- İŞİD-ə ağır zərbə - 20 komandir öldürüldü
- İŞİD-ə pul ötürənlər tutuldu
- İŞİD-ə qoşulan azərbaycanlılara 74 il həbs
- İŞİD-ə qarşı Raqqa əməliyyatı başlanıb
- İŞİD-ə aid 10 hədəfə zərbə endirildi