Azərbaycanı II Avropa Oyunlarında bu boksçular təmsil edəcək
17:41 17 İyun 2019
Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, komanda iyunun 21-30-da keçiriləcək yarışda 11 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcək.
Qadın boksçuların yarışında isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.
II Avropa Oyunlarında boks yarışları “Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti üç gündə mükafatçılar bilinəcək.
Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığma iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.
Femida.az
Oxunub: 423
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub