Azərbaycan içki ixracını 2 dəfə artırıb
19:23 17 İyun 2019
Bu ilin yanvar-may aylarında Azərbaycandan 11 803,89 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 724,49 min dollar və yaxud 94,16% (2 dəfə) çoxdur.
Bu ilin iki ayında içki ixracı ümumi ixracın 0,14%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 26 055,67 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 1 260,49 min dollar və yaxud 4,61% azdır. İçki idxalı ümumi idxalın 0,71%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 5 aylıq ticarət dövriyyəsinin 8,615 mlrd dolları ixracın, 5,834 mlrd dolları isə idxalın payına düşüb.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib