XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
22:19 17 İyun 2019
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Müdafiə Nazirliyinin işğal altında olan Dağlıq Qarabağ regionunda 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiklərinə dair bəyanatına münasibət bildirib.
Femida.az xəbər verir ki, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətinlik çəkdiyini deyib:
"Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.
Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən Müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10.000 hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşınqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə, bundan sonra nə? - sualı ilə müraciət etməli oluruq".
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: Azərbaycan sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir
- XİN: “Ermənistan türkofob dairələrdən dəstək ummağa cəhd edir”
- XİN: Bu kampaniyanın arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur
- XİN: Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyə son qoymalıdır
- XİN: “Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”
- XİN: Bölgədə artan gərginliyin məsuliyyəti Ermənistanın üzərindədir
- XİN: Avropa Parlamenti üzvlərinin bəyanatı yalnız faktları ifadə edir
- XİN: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil
- XİN: Şuşadakı “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin nümayişidir