Yeni vəkillər and içiblər


10:50     18 İyun 2019 2019/06/19_06_18_1560847092_1560853682.jpg


Azərbaycanda daha 85 nəfər vəkil adını alıb.


Femida.az xəbər verir ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirlərinin nümayəndələri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra namizədlər vəkillik andı içiblər və rəsmən vəkil adına sahib çıxıblar. Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni üzvləri təbrik edib, onları peşə fəaliyyətinda uğurlar arzulayıb.

Qeyd edək ki, and içən vəkillərin 70 faizi 40 yaşına qədər olan , 51 faizi isə dövlət orqanlarında çalışan şəxslər olub. Andiçmədən sonra Azərbaycanda vəkillərin sayı 1600-ə yaxınlaşıb.

Qeyd edək ki, vəkillik andı içənlər arasında xanımların getdikcə çoxalması da diqqətdən qaçmayıb. Anar Bağırov and içən namizədlərdən 29 faizinin xanımlar olduğunu qeyd edib. Həmin xanımlardan biri Pərvanə Məmmədova təəssüratlarını Femida.az-la bölüşüb:

"Bu gün mənim üçün arzularımın reallaşdığı gündür. Vəkil adını qazandığım üçün çox sevincliyəm. Həmkarlarımı təbrik edirəm. Kollegiya sədri anar Bağırova təşəkkür edirəm. Hüquqşünas ixtisası üçün ən gözəl peşə vəkillikdir. Vəkil ədalət mühakiməsinin həyata keçirilməsində mühüm xidməti olan ictimai xadimdir. Mən bütün vəkil adını qazanan şəxslərə uğurlar arzulayıram. İmtahanlar və tədris prosesi çox şəffaf keçdi. Hər mərhələdə məsuliyyəti hiss edirdik. Gələcəkdə vəkil omaq istəyən namizədlərə tövsiyəm budur ki, tələb olunan 3 il stajı toplayan kimi vəkilliyə üz tutsunlar. Çünki çox gözəl, sərbəst , müstəqil peşədir. Keyfiyyətli hüquqi yardım göstərmək üçün ən gözəl peşədir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #andiçmə   #hüquq  

Oxunub: 1130