Vəkillər Kollegiyası və AMEA-nın institutu arasında memorandum imzalanıb


10:16     18 İyun 2019 2019/06/64836099_466002937497612_7728678518258663424_n_1560841549.jpg

Azərbaycan Vəkillər Kollegiyası ilə AMEA Hüquq və insan haqları institutu arasında anlaşma memorandumu imzalanıb.


Femida.az xəbər verir ki, memorandumu Kollegiya sədri Anar Bağırov və AMEA Hüquq və insan haqları institutunun rəhbəri Aytən Mustafazadə imzalayiblar.

AMEA Hüquq və İnsan Hüquqları İnstitutu və Vəkillər Kollegiyası arasında bağlanan anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər keçiriləcək.



Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 2480