Zakir Həsənov: “Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir”
11:18 18 İyun 2019
"Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var".
Femida.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.
Z.Həsənov bildirib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər".
Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur: "Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. Helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir".
Femida.az
Oxunub: 416
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"