Bakıda dəhşət: Qadının əl-qolunu bağlayıb zor tətbiq edənlər tutulub


12:21     18 İyun 2019 2019/06/835d089b0d79f60_1560846131.jpg

Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 460