“70 ildə ilk dəfədir ki, belə hadisə baş verib” - Müdafiə naziri


13:33     18 İyun 2019 zakir_hasanov_131014_37.jpg

Müdafiə naziri Zakir Həsənov Gəncədəki “Seyfəli” poliqonundan tank mərmisinin yaşayış evinə düşməsi barədə məlumatlara aydınlıq gətirib.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, onun göstərişi ilə həmin təlimlər dayandırılıb.

“Seyfəli" poliqonu sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Bizim tankın təlim mərmisi qayaya dəyib və 18 km uçub gedib evə dəyib. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ordu tərəfindən ödəniləcək. 70 ildə birinci dəfədir ki, belə hadisə baş verib. Xoşbəxtlikdən mərmi təlim mərmisi olub, döyüş mərmisi olmayıb. Əgər döyüş mərmisi olsaydı, faciə baş verərdi”.

Nazir qeyd edək ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 704


Oxşar xəbərlər