Mikayıl Cabbarov bu rayonların sakinləri üçün qəbul keçirəcək


15:09     18 İyun 2019 mikay;l%20cabb.jpg

Vergilər naziri Mikayıl Cabbarov iyunun 21-də Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi, 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.


Bu barədə Femida.az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 396