"Mercedes" elektrik dirəyinə çırpıldı: ölən var


15:32     18 İyun 2019 qeza_yeni.jpg

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyunun 17-də saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində şəhər sakini B.Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Ramal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 258


Oxşar xəbərlər