Keçmiş icra başçısının otlaq sahəsi yandı


16:34     18 İyun 2019 19_06_18_1560861307.jpg

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.


Femida.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 353