İndoneziyada gəmi qəzası: 17 ölü


18:25     18 İyun 2019 19_06_18_1560863138.jpg

İndoneziya sularında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində azı 17 nəfər həyatını itirib, bir nəfər itkin düşüb.


Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi Şərqi Yava bölgəsinin sahilləri yaxınlığında çevrilib. Xilasedicilər 39 nəfəri sudan çıxara bilib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır, dalğıclardan ibarət dəstə əməliyyata cəlb olunub.

Açar sözlər:

Oxunub: 863