Azərbaycan təhsil sektorundakı müəllimlərin 79 faizi qadınlardır


17:31     18 İyun 2019 müellim-660x330.jpg


"Bu gün Azərbaycanın təhsil müəssisələrində çalışanlar arasında qadınlar çoxluq təşkil edir".


Femida.az-ın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

“Təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 faizini qızlar təşkil edir. Peşə təhsilində bu göstərici təhsil verənlərlə münasibətdə 69 faiz, təhsil alanlarla isə 33 faiz təşkil edir. Bakalavr səviyyəsində təhsil alan qadınların sayı 50 faiz olsa da, magistr səviyyəsində təhsil alan qadınların sayı 54 faizdir. Doktorantura səviyyəsində təhsil alanların isə 56 faizi qadınların payına düşür. Bu gün Azərbaycanda fəlsəfə doktoru olanların 51 faizi, elmlər doktoru olanların isə 46 faizini qadınlar təşkil edir. Hesab edirəm ki, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender sisteminin gözlənilməsidir”.

Femida.az

Açar sözlər: #müəllim   #təhsil  

Oxunub: 433