"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi


18:43     18 İyun 2019 2019/06/31592cf5-365b-493d-8d4e-1febe8252e11_1560864842.jpg


"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.


Femida.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın "Partizani" komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.

Femida.az

Açar sözlər: #futbol  

Oxunub: 448