İşğal edilmiş ərazilərimizdə keçirilən təlimlər nəzarətimiz altındadır - Nazirlik (VİDEO)


17:55     18 İyun 2019 19_06_18_1560865666.jpg


İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.



Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar.

Femida.az

Açar sözlər: #Ermənistan   #ordu   #təlim  

Oxunub: 435