Cinayətkar dəstənin daha bir üzvü tutuldu


19:16     18 İyun 2019 2018/02/polis_yeni_1518511611.jpg

Paytaxtın Nizami rayonu ərazisində evdən quldurluq etmiş dəstənin digər üzvü polis əməkdaşları tərəfindən yaxalanıb.


DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 598