Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb


19:49     18 İyun 2019 ramiz_mehtiyev.jpg


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb.

Bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat katibi Yevgeni Anoşin məlumat verib.

O bildirib ki, iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutan ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 751