Müştərini zorlayan taksi sürücüsü ömürlük həbs


13:41     04 Noyabr 2015 publika.az1446584360india_uber_driver_624x351_ap.jpg

Hindistan məhkəməsi ötən il Dehlidə qadın sərnişini zorladığına görə, “Uber” taksi şirkətinin sürücüsünə ömürlük həbs cəzası kəsib.


Femida.az BBC-yə istinadən xəbər verir ki, Şiv Kumar Yadav adlı sürücü, eyni zamanda adam oğurluğu və hədə-qorxu gəlməkdə də ittiham olunub.

Məlumata görə, ötən ilin dekabr ayında Uber xidmətindən taksi sifariş edən 26 yaşlı qadın maşına əyləşdikdən sonra xəlvət əraziyə aparılaraq zorlanıb. Bundan sonra Dehlidə Uber daxil olmaqla bir sıra internet taksi şirkətlərinin fəaliyyəti bir neçə aylıq dayandırılıb. Uber şirkəti baş vermiş insidentə görə üzr istəyib.

Açar sözlər:

Oxunub: 1301