DİN əməkdaşlarının maaşı artırıldı - Sərəncam

DİN əməkdaşlarının maaşı artırıldı - Sərəncam


20:35     18 İyun 2019 2019/06/9ADB6B6E-3A2E-4646-B78C-916A5454D9EC_1560875849.jpeg

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamla DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə DİN-in Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Femida.az

Açar sözlər:

Oxunub: 327