Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar


20:37     18 İyun 2019 2019/06/5DAFAE64-81F7-4A03-9BFF-1431C7823CBF_1560876858.jpeg

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.

Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində “Vaz 21 07” markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.

Meyiti gətirənlər qaçıblar.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 369