Generalın qəbulu təxirə düşdü


09:45     19 İyun 2019 19_06_19_1560923171.jpg

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 22-də Gəncə şəhərində, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun Göygöl rayonunda, Komitə sədrinin müavini Əsgər Abdullayevin isə Daşkəsən rayonunda nəzərdə tutulan vətəndaşların qəbulları təxirə salınıb.

Komitədən Femida.az -a verilən məlumata görə, bu bölgədən olan vətəndaşların qəbullarının yeni tarixi barədə əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 517