Narkotacirdən 4 kq marixuana götürülüb


10:51     19 İyun 2019 hebs_58.jpg

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 418