Sahil Babayev Kollerlə görüşdü


11:03     19 İyun 2019 2019/06/fd-(1)_1560928050.jpg

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Haynts Koller ilə görüşüb.



Femida.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Olqa Kulayeva və b. da iştirak edib.

S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. O, ölkəmizdə əmək haqları və minimum pensiya məbləğlərinin əhəmiyyətli şəkildə artırıldığını diqqətə çatdırıb, əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib.

S.Babayev Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, elektron texnologiyaların əmək və sosial müdafiə, məşğulluq sahələrində geniş tətbiqi məqsədilə görülən işlər və əldə olunan uğurlu nəticələr barədə də məlumat verib.

H.Koller Azərbaycanda sosial sahədə aparılan uğurlu islahatların, əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması üçün aparılan işlərin BƏT tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizin bu Təşkilatla geniş əməkdaşlıq gündəliyinə malik olmasının, Azərbaycanın BƏT təşəbbüslərinə fəal şəkildə qoşulmasının təqdirəlayiq olduğunu bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 415