Mənzilləri soyan şəxslərin məhkəməsi başlayır


11:18     19 İyun 2019 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı şəhəri, Səbail rayonu ərazisində evlərdən oğurluq etməkdə ittiham edilən Anar Heydərov və Əfsanə Xankişiyevanın barəsində cinayət işinin istintaqı başa çatıb.



Femida.az xəbər verir ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin hakimi Ağamalı Qafarovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin fevral ayında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzilə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlamaqda şübhəli biliniblər.

Araşdırma zamanı müəyyən edilib ki, Ə.Xankişiyeva və A.Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından müəyyən hissəsini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb. Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 453