Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
13:30 19 İyun 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2106" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib.
Baxış zamanı kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək