Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək


13:44     19 İyun 2019 2019/06/726c3-1560936104_1560937539.jpg

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.


Femida.az

Açar sözlər:

Oxunub: 929