Gömrükdə gizlədilən mallar aşkarlandı

Gömrükdə gizlədilən mallar aşkarlandı


13:58     19 İyun 2019 2019/06/ab2c8-1560938117_1560939031.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mercedes-Benz 220 CDI" markalı avtomobilə gömrük baxışı keçirilib.


DGK-dan Femida.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 254