Gürcüstan Ermənistanla sərhəddə "Dostluq körpüsü" tikir


15:15     19 İyun 2019 19_06_19_1560942934.jpg


Gürcüstan Ermənistanla birlikdə körpü tikintisinə başlamağı planlaşdırır.

Femida.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

"Debed çayının üzərində iki ölkəni birləşdirən "Dostluq körpüsü"nün inşa ediləcək" deyə qeyd edilən məqaləyə görə, layihə Sadaxlı - Baqdaraşen sərhədində baş tutacaq.

Maraqlısı isə odur ki, sözügedən körpünü İranın "Tunel Sadd Ariana" şirkəti tikəcək. Dizayn və planlaşdırma təxminən 2 ay davam edəcək və tikinti avqustda başlayacaq. Körpünün uzunluğunda 200, hündürlüyü 18 metr olacaq. Avropa Yenidənqurma və İnkişaf Bankı tikinti üçün 7,3 milyon avro kredit ayırıb. Krediti Ermənistan və Gürcüstan müştərək şəkildə ödəyəcək.

Amin

Femida.az

Açar sözlər: #Ermənistan   #Gürcüstan   #İran   #körpü  

Oxunub: 538