Tüfənglə həmkəndlisinin QANINI TÖKDÜ


15:52     19 İyun 2019 tufeng20150725.jpg

İyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 459