Azərbaycanda 3 avtomobil aşdı - ÖLƏNLƏR VAR
16:10 19 İyun 2019
Son sutka ərzində Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.
Femida.az xəbər verir ki, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.
Oxşar hadisə dünən saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində də baş verib. Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölmüş, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.
Bundan başqa iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 395
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib