Bakıda qız şirkətə CV verdi - Bu şəkli göndərdilər


17:19     19 İyun 2019 19_06_19_1560950416.jpg

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Məlumatda bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.

Açar sözlər:

Oxunub: 796