Kişini qadınla yatağa salıb intim videosunu çəkdilər - Bakıda şok olay


17:42     19 İyun 2019 19_06_19_1560951510.jpg

Bakıda kişini intim foto və videoları ilə şantaj etməkdə təqsirli bilinən Samir Sahib oğlunun, Zaur Əliyevin, Elvin Zahidovun, Fərid Qasımovun və Yaqut Kərimovanın barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az teleqraf.com-a istinadla xəbər verir ki, təqsirli bilinən şəxslərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər paytaxt sakini Sadiq Məmmədovu (ad və soyad şərtidir - red.) şatja ediblər.

Belə ki, dəstənin kişi üzvləri Sadiq Məmmədovdan pul əldə etmək üçün qadından istifadə ediblər. Onlar Yaqut Kərimovanı zərərçəkmişlə intim əlaqəyə girməyə məcbur ediblər və bu mənzərəni videoya və fotoya çəkiblər.

Daha sonra dəstə üzvləri həmin video və fotoları yaymamaq üçün Sadiq Məmmədovdan külli miqdarda pul tələb ediblər.

Pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Açar sözlər:

Oxunub: 871