Dövlət büdcəsində kəsr yaranıb


19:36     19 İyun 2019 19_06_19_1560957428.jpg

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 999,3 milyon manat, xərcləri isə 9 426,1 milyon manat təşkil edib.

Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1% və 24,1% çoxdur.

Son nəticədə büdcədə 426,8 milyon manatlıq kəsir yaranıb.

Femida.az

Açar sözlər: #büdcə  

Oxunub: 602