“Məni 70 yaşlı kişiyə ərə vermək istədilər” - İtkin düşən qız tapıldı


21:56     19 İyun 2019 2019/06/1AF05E43-7C7C-4709-9BA7-515572EF4ACF_1560967175.jpeg

İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı tapılıb.

Femida.az xəbər verir ki, 21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.

ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olan Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.

“Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”, deyə Nuranə bildirib.

Qeyd edək ki, Dadaşova Nuranə 3 ay əvvəl nişanlı olub. Lakin nişanlısı evli olduğu üzə çıxdığı üçün ayrılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1103