Hərbçilərin maaşının qalxması bu sahəyə marağı artıracaq - ŞƏRH

Hərbçilərin maaşının qalxması bu sahəyə marağı artıracaq - ŞƏRH


22:33     19 İyun 2019 ordu.jpg

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan bir neçəsi güc strukturları əməkdaşlarının da maaşlarının artırılması nəzərdə tutur.

Dövlət başçısının sərəncamlarına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılır.

Bundan başqa, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılacaq.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov deyib ki, maaşların 40 faiz artımı bu sahəyə marağın daha da artmasına səbəb olacaq.


“Çünki hazırda bazar iqtisadiyyatı dövründə hamı peşə seçəndə həm mənəvi, həm də maddi tərəflərinə diqqət yetirir.

Fikrimcə, bu o deməkdir ki, maaşların artımı bu sahələrə marağı təxminən 40 faiz daha da artıracaq”, - o bildirib.

Ekspertin sözlərinə görə, hərbçilər maddi tərəfə çox bağlı olmasalar da, bu cür sərəncamlar onların ailə şəraitini yaxşılaşdırmağa xidmət edir:

“Əgər bu cür təminatlar çox qarşılansa, hərbçi üçün xidmət aparmaq daha da rahat olacaq”.

Ş.Ramaldanov əlavə edib ki, hərbçilərin maaşları nə qədər yüksək olsa, bir o qədər də intellektual cəhətdən inkişaf etmiş gənclər bu sahəyə maraq göstərəcək.

Açar sözlər:

Oxunub: 253


Oxşar xəbərlər