Şəkidə yaşayış evi yanıb


09:29     20 İyun 2019 19_06_20_1561009309.jpg

Şəkidə fərdi yaşayış evi yanıb.

Femida.az -ın məlumatına görə, bu gecə saat 03.00 radələrində rayonun Baş Küngüt kəndində, kənd sakini Eynulla Şamil oğlu Əhmədova məxsus ümumi sahəsi 200 kv.m olan 5 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 387