Elmar Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü


09:52     20 İyun 2019 2019/06/gg_1561010031.png

Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.


Femida.az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeba tvitter mikrobloqunda yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, həmsədrlər iyunun 19-da Ermənistan Xarici İşlər naziri Zöhrab Mnasakanyanla görüşüblər. Bu gün həmsədrlərin iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 311