Abşeronda FACİƏ - 15 yaşlı oğlan eyvandan yıxılıb öldü


10:14     20 İyun 2019 telebe%20intihar%20yixil.jpg

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.


Femida.az-ın Apa-ya istinadən xəbər verir ki, hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 479