Milli qəhrəman Vüqar Hüseynovun doğum günüdür - 50 İL...


10:40     20 İyun 2019 19_06_20_1561012875.jpg

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vüqar Hüseynovun doğum günüdür. Yaşasaydı, Vüqar bu gün 50 yaşını qeyd edəcəkdi...

Femida.az milli qəhrəmanın bioqrafiyasını və döyüş yolunu təqdim edir:

Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1976-1986-cı illərdə həmin kənddə orta təhsil alıb. 1987-ci ildə hərbi xidmətə çağırılan Vüqar 1989-cu ildə xidməti başa vuraraq Azərbaycana qayıdıb və elektirik qaynaqçısı kimi iş fəaliyyətinə başlayıb. Qarabağ müharibəsinin alovlandığı bir dövrdə - 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılan Hüseynov həyatını cəbhə ilə bağlayıb.

Vüqar Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçib. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında böyük xidməti olub. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edərkən, Vüqar qəhrəmancasına vuruşub və döyüş meydanında şəhid olub.

Hüseynov əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

Femida.az

Açar sözlər: #şəhid   #milli_qəhrəman   #Vüqar_Hüseynov   #Qarabağ  

Oxunub: 2485