Həbsdəki baş redaktorun şikayəti üzrə məhkəmə başladı


10:46     20 İyun 2019 1398947325_mehkeme.jpg


Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Femida.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı iyulun 3-ə təyin edilib.

Xatırladaq ki, M.Tağıyev ötən il həbs edilib.

İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M.Tağıyev 12 il azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 462